İsrail Rəfah keçidini bağlı saxlayacaq

18:36 - 14 Oktyabr 2025 - DÜNYA

İsrail hakimiyyəti radikal HƏMAS təşkilatının ölən girovların cəsədlərinin qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozması səbəbindən oktyabrın 15-də Misirlə Qəzza zolağının sərhədindəki Rəfah keçidini bağlamaq və Fələstin anklavına humanitar yardım axınını məhdudlaşdırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Məlumata görə, İsrail rəsmiləri bu mövzuda ABŞ, Qətər, Misir və Türkiyə ilə məsləhətləşib.
Portal iddia edir ki, Şarm əl-Şeyxdə aparılan danışıqlar zamanı Həmas nümayəndələri cəsədlərin yarısının qalıqlarının yerini bildiklərini iddia ediblər. Müvafiq olaraq, İsrail Qəzza zolağında atəşkəs qüvvəyə mindikdən sonra oğurlanmış 15-ə qədər cəsədi geri qaytarmağa ümid edirdi.

Xəbər xətti