Belçika hava limanları tətilə görə uçuşları ləğv edir

14:46 - 14 Oktyabr 2025 - DÜNYA

Yaşayış səviyyəsinin aşağı düşməsinə qarşı keçirilən ümumi tətil Brüssel hava limanının oktyabrın 14-də bütün reysləri ləğv etməsinə səbəb olub.

Ucnoqta.az xəbər verir ki, bunu hava limanının elektron lövhəsi də təsdiqləyib.
Qeyd olunur ki, reyslərin yarısı da ləğv edilib. Brüsseldən 46 km cənubda yerləşən və aşağı büdcəli hava yolları ilə məşhur olan "Charleroi" Hava Limanı oktyabrın 14-də həm qalxan, həm də gələn reyslərin ləğv edildiyini açıqladı.
Beləliklə, etiraz aksiyası minlərlə səyahətçiyə təsir edəcək.

Ölkə boyu bir çox dövlət və ictimai xidmətlərdə, məktəblərdə, mağazalarda və ictimai nəqliyyatda fasilələr gözlənilir.

Birləşmiş Həmkarlar İttifaqları Cəbhəsi federal hökumətin pensiya, əmək haqqı və iş şəraitinə təsir edən islahatlarına qarşı etiraz aksiyası keçirir.

Hökumət sakinlərin gəlirlərini azaltmaqla hədələyən 34 milyard avroluq təcili silahlanma planı üçün maliyyə mənbələri tapmaq niyyətindədir.

Xəbər xətti