Fransada muzeydən 600 min avroluq oğurluq edilib

22:01 - 16 Sentyabr 2025 - DÜNYA

Parisdəki Milli Təbiət Tarixi Muzeyi (MNHN) bazar ertəsindən çərşənbə axşamına keçən gecə qarət edilib.

Ucnoqta.az xəbər verir ki, Actu17 portalının mənbələrə istinadən verdiyi məlumata görə, dəyən ziyan 600 min avro təşkil edir.

Onların məlumatına görə, oğrular yaxşı hazırlıq görüblər və 6 qızıl külçəni apara biliblər. Hadisə ilə bağlı araşdırmanı Məhkəmə Polisinin Banditizmlə Mübarizə Briqadası aparır.

Xəbər xətti