İsrailin son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində azı 82 nəfər ölüb, onlarla insan yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Qəzza Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Qəzzanın mərkəzindəki Deyr əl-Bələh şəhərində ərzaq növbəsinə dayanan 9 uşaq və 4 qadın reyd zamanı həlak olub.
Hücum zamanı 19-u uşaq olmaqla 30 nəfər yaralanıb.