Ucnoqta.az
www.ucnoqta.az

İsrailin zərbələri nəticəsində Qəzzada daha 82 nəfər ölüb

08:03 - 11 İyul 2025 tarixində dərc olunub.

İsrailin son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində azı 82 nəfər ölüb, onlarla insan yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Qəzza Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Qəzzanın mərkəzindəki Deyr əl-Bələh şəhərində ərzaq növbəsinə dayanan 9 uşaq və 4 qadın reyd zamanı həlak olub.

Hücum zamanı 19-u uşaq olmaqla 30 nəfər yaralanıb.

Müəllif: Ucnoqta.az redaksiyası