Şəhid Xalid Nəciyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə yarış keçirilib - FOTO

12:39 - 4 İyul 2025 - ÖLKƏ İÇİ

Saatlı Olimpiya İdman Kompleksində keçirilən mini-futbol turnirinin final görüşündə Saatlı rayonu R. Səfərov adına Qara Nuru kənd tam orta ümumtəhsil məktəbin komandası ilə Sabirabad rayonu Qəzli kənd tam orta ümumtəhsil məktəbin komandası qarşılaşıb.

Ucnoqta.az xəbər verir ki, Saatlı rayonu R. Səfərov adına Qara Nuru kənd tam orta ümumtəhsil məktəbin komandası 2:0 hesabı ilə qalib gələrək birinci yerə sahib çıxıb.

Qalib komandalar kubok və diplomlarla mükafatlandırılıblar.

Mini-futbol üzrə yarış Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışanlar arasında keçirilib.

Yarışın keçirilməsində məqsəd məktəblərdə çalışanların asudə vaxtlarının düzgün və səmərəli təşkili, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq və idmanın kütləviliyinin təbliğ etmək olub.


Xəbər xətti