Azərbaycan millisi dünya çempionatının finalına yüksəldi

21:49 - 30 May 2025 - İDMAN

Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

Ucnoqta.az xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatında yarımfinal matçına çıxıb.

Elşad Quliyevin yetirmələri Monteneqro ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan görüş millimizin qələbəsi ilə yekunlaşıb. 2:1 hesabı ilə qalib gələn komandamızın heyətində Ağaseyid Qasımov və Ramiz Çovdarov fərqləniblər.

Qələbə sayəsində Azərbaycan yığması dünya çempionatının ilk finalçısı olub.

Dünya çempionatı
Yarımfinal
30 may
20:00. Azərbaycan - Monteneqro - 2:1
Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 - Nikola Radoniç, 30
///apasport

Xəbər xətti