Meksika ilə sərhəddə iki amerikalı əsgər həlak olub

11:24 - 16 Aprel 2025 - DÜNYA

Meksika ilə sərhəddə patrul xidməti aparan iki amerikalı hərbçi yol qəzasında ölüb, biri yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının mətbuat xidməti məlumat yayıb.

Hadisə çərşənbə axşamı Nyu Meksiko ştatının Santa Teresa sərhəd şəhəri yaxınlığında baş verib. Hadisənin təfərrüatları barədə məlumat verilmir. Xəsarət alan əsgər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

“The Washington Post”un qeyd etdiyi kimi, bu, ABŞ prezidenti Donald Trampın ABŞ-Meksika sərhədində nəzarəti gücləndirmək üçün başlatdığı missiya çərçivəsində ölümlə nəticələnən ilk insidentdir. Nəşrin mənbələri əsgərlərin dəniz piyadaları olduğunu, Kaliforniyadakı Kamp Pendleton bazasında xidmət etdiklərini bildirib.

Xəbər xətti