Moskvadan Hurqadaya uçan təyyarədə sərnişin ölüb.
Ucnoqta.az teleqram kanalına istinadən xəbər verir ki, ilkin olaraq sərnişinin astma xəstəliyindən öldüyü ehtimal edilir.
Məlumata görə, hadisə bu gün saat 4:57-də Rusiyadan Misirə uçan Nesma Hava Yollarının NE601 reysində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, bir saat sonra kişi boğulmağa başlayıb və digər sərnişinlər və işçilər ona kömək etməyə çalışıblar. Lakin onların cəhdi uğursuz olub.
Təyyarə Vnukovo hava limanına qayıdıb. Həkimlər ölümü təsdiqləyiblər.