Rövşən Nəcəfə yeni vəzifə verildi

17:09 - 9 Aprel 2025 - Xəbər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfə yeni vəzifə verilib.

Ucnoqta.az xəbər verir ki, o, Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasına rəhbərlik edəcək.

Rövşən Nəcəf 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Neft Şirkətinin prezidenti təyin edilib. O, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentidir.

Qeyd edək ki, Dövlət Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 67 nömrəli Sərəncamı ilə yaradılıb.

Xəbər xətti