Azərbaycanda vulkan püskürdü

13:29 - 9 Aprel 2025 - Xəbər

Bu gün səhər saat 04:04-də Lökbatanda palçıq vulkanı növbəti dəfə püskürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 

Məlumata görə, püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada qeydə alınıb.

Birinci faza yerli vaxtla 04:04-də, ikinci faza saat 05:20-də, üçüncü faza saat 05:31-də qeydə alınıb. Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km olub.

Xəbər xətti