Sabah İmişli şəhərinin bir hissəsində qaz kəsiləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, İmişli şəhəri Xəqani küçəsində İmişli QPS-dən qidalanan 159 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərinin üzərindən qeyri-yaşayış obyekt (çörək sexi) qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq sabah saat 09:30-dan etibarən işlər başa çatanadək İmişli şəhər M.Müşfiq, Xəqani, Q.İsmayılzadə, L.Vəliyev, Həsənoğlu, R.Əliyev, N.Nərimanov, S.Fətəliyev küçələrində (ümumi 1 500 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.