ABŞ milyarderlərin sayına görə liderdir

19:16 - 1 Aprel 2025 - DÜNYA

902 amerikalı planetin 3000 ən varlı adamı siyahısına daxil olub.

Ucnoqta.az xəbər verir ki, ABŞ milyarderlərin sayına görə Forbes jurnalının dünya reytinqinə növbəti dəfə başçılıq edib. İkinci yerdə nəşrin 516 dollar milyarder saydığı Çin (Honq Konq daxil olmaqla), ilk üçlüyü isə 205 nəfərlə Hindistan tamamlayır.

Ən zəngin milyarderlərin 39-cu illik reytinqində 15-i ilk dəfə olmaqla 146 rusiyalı yer alıb. Rusiyalı iş adamları arasında siyahının lideri “Lukoyl”un təsisçisi Vahid Ələkbərov olaraq qalır; bir il ərzində onun sərvəti 28,7 milyard dollara yüksəldi.

Xəbər xətti