Duda ABŞ-ı Polşada nüvə silahı yerləşdirməyə çağırıb

09:40 - 13 Mart 2025 - DÜNYA

Polşa prezidenti Anjey Duda ABŞ-ı Polşada nüvə silahı yerləşdirməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.

Polşa lideri bu məsələni ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla müzakirə edib.

Qəzetə verdiyi müsahibədə Duda ABŞ prezidenti Donald Trampın nüvə silahlarını Qərbi Avropadan və ya ABŞ-dan Polşaya daşıya biləcəyini açıq-aşkar hesab etdiyini bildirib.

“1999-cu ildə NATO-nun sərhədləri şərqə doğru hərəkət edib, ona görə də 26 ildən sonra NATO-nun infrastrukturu da şərqə doğru hərəkət etməlidir.

 Mənə aydındır. Düşünürəm ki, nəinki vaxtıdır, həm də bu silahlar artıq burada olsaydı, daha təhlükəsiz olardı”, - Duda bildirib.

Xəbər xətti