Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Ukraynanın 77 pilotsuz uçuş aparatını (PUA) ölkənin bölgələri üzərində ələ keçirib və məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, 30 PUA Bryansk vilayəti ərazisində, 25-i Kaluqa vilayəti üzərində vurulub. Kursk və Voronej vilayətlərində altı, Rostov və Belqorod vilayətlərində isə beş pilotsuz təyyarə məhv edilib.