Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna nizamlanması perspektivləri ilə bağlı ABŞ, Rusiya və Ukraynadan gələn siqnalları müsbət qiymətləndirdiyini və sülhə ümidini itirmədiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Ərdoğan Asiya turnesi başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Biz, əlbəttə ki, sülhə ümidimizi itirməmişik və onu itirmək istəmirik.Bu yaxınlarda Zelenskidən eşitdik ki, danışıqlar üçün müvafiq təklif olarsa, o, bizimlə yarı yolda görüşməyə hazırdır. Biz Trampın və Putinin bu məsələ ilə bağlı siqnallarını alqışlayırıq. Türkiyə bu kontekstdə mümkün olan hər şeyi etməyə hazırdır” - dövlət başçısı qeyd edib.