Lənkəranda intensiv yağış nəticəsində qəbiristanlığı su basıb

13:03 - 7 Fevral 2025 - ÖLKƏ İÇİ

Lənkəranda intensiv yağış nəticəsində qəbiristanlığı su basıb.

APA-nın verdiyi xəbərə görə, 2 gündür Lənkəranda yağan intensiv yağışlar nəticəsində Lənkəran rayonunun Şiləvar kəndi ərazisində yerləşən "Yeni qəbiristanlıq" yağış suları ilə dolub. Onlarla qəbir su altında qalıb, qəbirlərə ziyan dəyib.

FHN-nin Cənub Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub, tədbirlər görülür.

Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.

Xəbər xətti