ADY yük vaqonundakı yanğınla bağlı məlumat yaydı

08:00 - 7 Fevral 2025 - Xəbər

Ötən gün Hacıqabul stansiyasında Rusiyadan göndərilən ağac kömürü yüklənmiş vaqonda tüstülənmə ilə müşahidə olunan yanğın baş verib.

Bu barədə Ucnoqta.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Qeyd olunub ki, yanğının qarşısının alınması üçün vaqon hərəkət tərkibindən ayrılıb, yanmış kömürlər vaqondan boşaldılıb, soyutma işləri aparılıb. Yanğın söndürülüb.

İlkin versiyaya görə, hadisə vaqondakı kömürlər bir-birinə sürtündükcə yaranan qızışmaya görə baş verib. Vaqon Yalama stansiyasında yükdaşıma qaydalarına uyğun olaraq həm gömrük, həm də yükgöndərən tərəfindən plomblanmış şəkildə qəbul edilib. Qaydalara əsasən, vaqon bu şəkildə təyinat nöqtəsində çatdırılmalıdır.

"Yüklərin vaqona yükgöndərən tərəfindən yükləndiyini, vaqonun plomblu olduğunu və bu formada təhvil verilməli olduğunu nəzərə alsaq, hadisədə məhz yükgöndərən məsuliyyət daşıyır. Yanğın nəticəsində Azərbaycan Dəmir Yollarına zərər dəyməyib",-məlumatda vurğulanıb.

Xəbər xətti