Sidneydə bir evin həyətində 100-dən çox ilan tapıldı

07:53 - 7 Fevral 2025 - Xəbər

Sidneyli bir adam həyətində 100-dən çox zəhərli ilandan ibarət yuva aşkar edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə 9News telekanalı məlumat yayıb.

Məlumata görə, Reptile Relocation təşkilatının ilan ovçuları Sidneyin qərbində, Horsli Park ərazisində yaşayış binalarından birinin həyətində 102 qırmızı qarınlı qara gürzə tutublar.

İlanlar düşmüş yarpaq və yonqar yığını içində yuva qurubmuş. Onlar mülk sahibinin itini dişləyənə qədər görünməyib.

Sürünənlərin köçürülməsi  üç saatdan çox vaxt aparıb. Bu Sidneydə indiyə qədər aşkar edilmiş ən böyük ilan yuvası olub. 

Avstraliya Muzeyinin elm şöbəsi qeyd edib ki, bu növün ilanları çoxalma mövsümündə kiçik qruplarda toplana bilər (adətən altı fərddən çox deyil).

Xəbər xətti