Ağdam-Şuşa yolunda "Mercedes" aşıb - Xəsarət alanlar var

17:15 - 5 Fevral 2025 - ÖLKƏ İÇİ

Ağdamda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb.

Ucnoqta.az xəbər verir ki, hadisə işğaldan azad edilmiş Ağdam şəhəri ərazisində, Ağdam-Şuşa yolunda baş verib. Qəza nəticəsində ikisi qadın olmaqla, üç nəfər xəsarət alıb.

Yaralılar dərhal Xankəndi şəhər xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti