Livanda "Hizbullah" hərəkatı ilə İsrail arasında gələn həftə başa çatacaq atəşkəs razılaşmasının uzadılması ehtimalı var.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Livan, İsrail və Fransa rəsmilərinin sözlərinə görə, "Hizbullah" və İsrailə noyabrın sonunda razılaşdırılmış atəşkəsin ilkin şərtlərini yerinə yetirmək üçün daha çox vaxt lazımdır və hərbi əməliyyatları bərpa etmək niyyətində deyillər.
Yüksək rütbəli İsrail diplomatı bildirib ki, tərəflər münaqişənin yenidən başlanmasının qarşısını almaq üçün yanvarın 27-də başa çatacaq atəşkəsin uzadılmasını müzakirə edirlər.
İsrail və Livanın diplomatik əlaqələri olmadığı üçün onlar vasitəçilərsiz danışıqlar apara bilmirlər, ona görə də nizamlanmada Livan, İsrail və Fransadan olan nümayəndələr iştirak edir.
Agentliyin məlumatına görə, Livanda atəşkəs noyabr ayından qüvvədə olsa da, Hizbullah və İsrail bir-birini onun şərtlərini pozmaqda ittiham edir.