Beynəlxalq Futbol Federasiyası (FİFA) CSKA Moskva klubuna 2026-cı ilin yay transfer pəncərəsinə qədər yeni oyunçuların qeydiyyatını qadağan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə federasiyanın saytında məlumat verilib.
Qadağa 2024-cü il noyabrın 14-dən başlayır. Yeni oyunçuların qeydiyyatına qoyulan qadağa üç transfer pəncərəsi üçün qüvvədə qalacaq.