2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı, isveçrəli üzgüçü Ceremi Desplanşe peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsveçrənin RSI televiziya və radio şirkəti İsveçrə Üzgüçülük Federasiyasının (Swiss Aquatics) press-relizinə istinadən məlumat yayıb.
Daha əvvəl Desplanş böyük yarışlarda iştirak etməyəcəyini bildirmişdi.
Desplanşenin 30 yaşı var və eyni zamanda 2019-cu il Dünya Çempionatında gümüş medal qazanıb.
İdmançı 2018-ci il Avropa çempionatının qalibi olub.