Avropa İttifaqı 2025-ci ilin yazında Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəətdən Ukraynaya 1,9 milyard avro məbləğində ikinci tranş ayırmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
"İkinci tranş birincidən daha böyük olacaq - 1,9 milyard avro pul yalnız gələn il - 2025-ci ilin mart-aprel aylarında ayrılacaq", - deyə o, Aİ-nin hazırda bu tranşın ayrılması üçün üsullar hazırladığını vurğulayıb.
Diplomat həmçinin qeyd edib ki, Aİ Ukraynaya 1 milyon mərmi verməklə bağlı verdiyi vədi demək olar ki, yerinə yetirib.