Azərbaycana peyvəndlər və diaqnostik testlər gətirilib

16:17 - 30 Oktyabr 2024 - Cəmiyyət

Beynəlxalq hava limanında termometirial, yəni uzaqdan temperaturun ölçülməsi cihazı quraşdırılacaq.

Ucnoqta.az xəbər verir ki, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, bir çox infeksion xəstəliklərin ilkin əlaməti yüksək temperaturdur.
Nazir Zeynalov bildirib ki, gələn qonaqların uzaqdan temperaturunun ölçülməsi ilə onlar arasında kimdəsə infeksion xəstəlik olarsa, aşkarlanacaq və əgər şübhəli hallar olarsa, həmin şəxsin müayinə və müalicə olunması təşkil olunacaq.

Meymun çiçəyi, COVİD19 və digər respirator infeksiyaların laborator diaqnostikası üçün lazım olan diaqnostik testlər gətirilib.
Tədbirdə iştirak edəcək qurumların əməkdaşları üçün peyvəndlər gətirilib.

Xəbər xətti