İsrail təyyarələri Livandakı 110-a yaxın "Hizbullah" hədəfinə zərbə endirib

11:19 - 29 Oktyabr 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri Livandakı "Hizbullah"ın hədəflərinə zərbələr endirməkdə davam edir.

Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin məlumatına görə, son sutka ərzində orada 110-a yaxın hədəfə hücum edilib.

Zərbələr İsrailə yönəlmiş raket buraxılış qurğuları, silah anbarları və digər hərbi infrastruktur obyektlər olub.

Bildirilir ki, bu hava zərbələri nəticəsində onlarla terrorçu məhv edilib.

Xəbər xətti