Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.
Ucnoqta.az xəbər verir ki, millimiz "Aşton Qeyt" stadionunda İngiltərə ilə üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 22:30-da start götürən matc meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb 7:0.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən oyunda da millimiz məğlub olmuşdu 1:5.
Bu nəticədən sonra komandamız 3 xalla qrupu 6-cı pillədə başa vurub.
15 oktyabr
22:30. İngiltərə - Azərbaycan - 7:0
Baş hakim: Ivana Martinçiç (Xorvatiya)
Bristol. "Aşton Qeyt" stadionu