Xoşqədəm Hidayətqızı uşaq evindən qaçan Ramalın ad gününü belə qeyd etdi - FOTO

12:13 - 15 Oktyabr 2024 - Cəmiyyət

"Səni Axtarıram" verilişinin müəllifi və aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı uşaq evində döyüldüyü üçün oradan qaçan Ramalın ad gününü qeyd edib.

Ucnoqta.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Ən məsum sözlər uşaqlardan eşidilir. Ürəyinə rahatlıq vermək istəyən uşaqlarla söhbət edər. Bəzi sevgilər əsla imtina edilməyəcək kimidir. Mənim də əl çəkməyəcəyim sevgim uşaqlara olan sevgimdir. Balaca Ramalımın doğum gününü etdik. Danışılacaq çox şeylər var”, – deyə Hidayətqızı qeyd edib.


Xəbər xətti