Amerikalı reper və prodüser P. Diddiyə (əsl adı Şon Kombs) qarşı zorlama iddiası ilə bağlı yeni mülki iddialar Nyu York məhkəməsinə verilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə NBC News iş materiallarına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Kombsa qarşı ümumilikdə 5 iddia qaldırılıb. Qeyd olunur ki, bütün hadisələr 1995-ci ildən 2021-ci ilə qədər baş verib.
İddiaların birində, hadisə zamanı 19 yaşında olan qadın, musiqiçinin Manhettendəki bir otel otağında ona təcavüz etdiyini iddia edir.
Ərizəçilər zərərin ödənilməsini istəyirlər, lakin məbləğ göstərilmir.
Diddi 2023-cü ildən bəri bir neçə dəfə zorakılıq və şantajda ittiham olunur.