2024-cü ilin oktyabr ayınadək olan müddət ərzində Hərbi Prokurorluqda araşdırmalar nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Aşkarlanan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilib.