Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”də qızıl medal qazandı

19:15 - 12 Oktyabr 2024 - İDMAN

Azərbaycanın bir cüdoçusu cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanıb.

"Report"un məlumatına görə, Zelim Tçkayev (81 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.

Rəşid Məmmədəliyev bürünc mükafat uğrunda görüşdə uduzub.

Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.

Xəbər xətti