Şəkidə direktor olmaq istəyən 134 nəfər imtahan verdi - FOTO

14:07 - 6 Oktyabr 2024 - ÖLKƏ İÇİ

Oktyabrın 6-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

Ucnoqta.az xəbər verir ki, Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən test imtahanı mərhələsində iştirakı nəzərdə tutulan 162 namizəddən 134 nəfəri iştirak edib.
Qeyd edək ki, imtahan zamanı namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığı təqdim olunub.


Xəbər xətti