Uşaq evləri və sığınacaqlarında mərkəzləşdirilmiş kameralar quraşdırılsın - Xoşqədəm Hidayətqızı

13:29 - 20 Sentyabr 2024 - Cəmiyyət

ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində 13 yaşlı Ramalın 8 gündür ki, Xətai rayonunda yerləşən 3 nömrəli uşaq evindən qaçdığı və küçələrdə yaşadığı haqda məlumat yayılıb.

Ucnoqta.az xəbər verir ki, "Səni Axtarıram" verilişinin müəllifi və aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Ramalın səsləndirdiyi iddialarla bağlı bildirib ki, ümid edirəm ki bütün sığınacaqlarda mərkəzləşdirilmiş kameralar quraşdırılacaq. Xoşqədəm Hidayətqızının sözlərinə görə, onda uşaqların nə yediyi, döyüldüyü, hansı oğurluqlar edildiyi də görünəcək:

"Elə bir sayt yaradılsın ki, insanlar hər kəs daxil olub görsün. Sadəcə İnstarqamda, Tiktok-da paylaşmaq yox, saytlarda baxılsın" - Əməkdar jurnalist qeyd edib.  

Xəbər xətti