Neft tankeri körpüyə ilişib qaldı - FOTO

11:28 - 12 Sentyabr 2024 - HADİSƏ

Rusiyada yük barjı Volqa çayı üzərində dəmiryol körpüsünün altında ilişib qalıb.

Ucnoqta.az Baza tq kanalına istinadən xəbər verir ki, "Lena Neft" yük tankeri Tatarıstan - Yaroslavl marşrutu ilə hərəkət edirdi.
Sentyabrın 12-də səhər tezdən gəmi Kostromada, Kostroma-Novaya-Kərimovo dəmir yolu hissəsində dəmir yolu körpüsünün altından keçib. Kapitan tankerin ölçülərini hesablamadığından körpünün tavanına toxunub və ilişib qaldı.
Gəmidə olan yeddi ekipaj üzvü xəsarət almayıb.

Məlumata görə, körpüdə və su üzərində nəqliyyatın hərəkəti pozulmayıb.

Xəbər xətti