Məşhur şirkət 3 min işçisini ixtisar edir

10:40 - 4 Sentyabr 2024 - DÜNYA

Telekommunikasiya şirkəti "Telia" bu il işçilərini 3 min nəfər azaltmaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizində məlumat verilib.

Şirkət artıq 455 işçini xəbərdar edib və ixtisar proqramının qalan hissəsinin dekabrın 1-dək tam başa çatdırılması planlaşdırılır.
İsveçdə 1,4 min nəfər ixtisar olunacaq. Hazırda həmkarlar ittifaqları ilə danışıqlar aparılır.

İşçilərin ixtisarının məqsədi ildə 2,6 milyard kron (252 milyon dollardan çox) məbləğində pula qənaət etməkdir.

"Telia"nın Şimali və Baltik ölkələrində 19 minə yaxın işçisi var, onlardan 8,5 mini İsveçdədir.

Xəbər xətti