Ulyanovskdan Azərbaycana ilk yük qatarı sentyabrda yola düşəcək

22:07 - 2 Sentyabr 2024 - SİYASƏT

 Ulyanovsk - Bakı (Azərbaycan) - Astara (İran) marşrutu üzrə ilk dəfə birbaşa yük qatarı sentyabrın sonunda yola düşəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Russkiy regionun kompleks inkişafı üzrə qərargahın iclasında məlumat verib.

Ruskiyin fikrincə, qatar ən azı 70 müxtəlif modifikasiyalı vaqon, o cümlədən qapalı çənlər, platformalar, bunker tipli vaqonlar və digərləri ilə doldurulacaq.
“Hər bir qatar 3,5 min ton müxtəlif məhsulların - kənd təsərrüfatı məhsulları, sənaye malları, ağac emalı məhsulları və s. daşımaq üçün nəzərdə tutulub.
Bir il ərzində bu marşrutla 200 min tondan çox məhsulun ixrac və idxal ediləcəyini gözləyirik”.

Qubernator əlavə edib ki, qatarın Azərbaycan, İran və qonşu ölkələrdə istehsal olunan mallarla yenidən yüklənməsi məsələsinə baxılır.
“Qeyd etmək istərdim ki, ixrac ticarət qatarı Sovet İttifaqı dövründən bu istiqamətdə hərəkət edən ilk qatar olacaq”, - deyə rayon rəhbəri vurğulayıb.

Xəbər xətti