Çindən olan bir aviaşirkət 48 reysi təxirə salıb

21:51 - 2 Sentyabr 2024 - DÜNYA

Honq Konq aviaşirkəti Cathay Pacific Airways, Airbus A350 təyyarəsinin mühərriklərində nasazlıq aşkar edildiyi üçün sentyabrın 3-nə planlaşdırılan 48 reysi ləğv etmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə aviadaşıyıcının açıqlamasında deyilir.

Bundan əvvəl Honq-Konqdan Sürixə uçuş zamanı “Airbus A350” təyyarəsi hərəkət sistemində aşkar edilən problemlərə görə yola düşdüyü hava limanına qayıtmaq məcburiyyətində qalıb.
Bu hadisəyə görə aviaşirkət bu modelin digər təyyarələrini yoxlayıb.

Xəbər xətti