Mal əti 7 manat 78 qəpik, qoyun əti 6 manat 26 qəpik, ...

13:17 - 2 Sentyabr 2024 - Cəmiyyət

Azərbaycanda 1 kq mal ətinin maya dəyəri 5 manat 90 qəpik olub .

Ucnoqta.az Dövlət Statistika Komitəsinə  istinadən xəbər verir ki. 2023-cü ildə fərdi sahibkar təsərrüfatlarında 1 kq qoyun ətinin maya dəyəri 4 manat, quş ətinin maya dəyəri isə 3 manat 86 qəpik təşkil edib.

Məlumata görə, həmin təsərrüfatlar üzrə mal ətinin orta satış qiyməti 7 manat 78 qəpik, qoyun əti üzrə 6 manat 26 qəpik, quş əti üzrə 3 manat 41 qəpik olub.

Qeyd edək ki, bazarlarda qeyd olunan məhsulların pərakəndə satış  qiymətləri bu göstəricilərdən 2-3 dəfə yüksəkdir.///modern.az

Xəbər xətti