İsrail ordusu Livanın cənubuna hava zərbələri endirib

12:00 - 2 Sentyabr 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Livanın cənub bölgələrinə bir sıra yeni zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onların hədəfi "Hizbullah" hərəkatının hərbi obyektləri olub.

Bildirilir ki, vurulan hədəflər Livanın cənubundakı Ayt əl-Şaab, Blida, Teir Harfa, Hanin və Yaroun yaşayış məntəqələrinin yaxınlığında olub.

Xəbər xətti