Sabah qruplarına qəbul nəticələri niyə açıqlanmır?

11:48 - 2 Sentyabr 2024 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi SABAH qruplarına qəbul üçün iyunun 30-da imtahan keçirib. İmtahanda iştirakı nəzərdə tutulan 2025 tələbədən 539 nəfəri gəlməyib. İyiulun 1-də isə test imtahanının nəticələri elan edilib.

Ucnoqta.az xəbər verir ki, yeni tədris ilinin başlanmasına az müddət qalsa da Sabah qruplarına qəbul nəticələri açıqlanmayıb. Bununla bağlı Elm və Təhsil Nazirliyinə müraciət etsək də, onlarda bu barədə məlumat olmadığını bildirdilər. Sabah qrupları ilə əlaqə saxlamaq cəhdimiz isə nəticə vermədi.

Qeyd edək ki, bu tədris ilindən bəzi ixtisaslar yeni yaradılmış Qarabağ Universitetində tədris olunacaq.

 

Xəbər xətti