İmişlidə müəllim özünü internet xəttinin dirəyindən asıb

18:59 - 31 Avqust 2024 - ÖLKƏ İÇİ

İmişlidə idman müəllimi intihar edib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, İmişlinin Xoşçobanlı kənd sakini, 1968-ci il təvəllüdlü Aslanov Rüstəm Əziz oğlu özünü internet xəttinin dirəyindən asaraq intihar edib.

Qeyd edək ki, R.Aslanov kənd məktəbində idman müəllimi kimi çalışırmış.

Faktla bağlı İmişli prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti