Daha 7 şəhidin qalıqları dəfn ediləcək - Siyahı

17:40 - 14 Avqust 2024 - Cəmiyyət

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha 7 şəxsin meyit qalıqları avqustun 15-də dəfn ediləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Belə ki, hərbçilər Camalov Elman Hüseyn oğlu, Əbilov Əbülfəz Əbülfət oğlu, Hüseynov Cavanşir Ərşad oğlu və Şirinov Tahir Şirin oğlunun meyit qalıqları Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında, hərbçi İbrahimov Camaləddin İbad oğlunun cənazəsi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan kəndində, hərbçi Yarıyev Qənbər Teymur oğlunun meyit qalıqları Salyan rayonunun Şəhidlər xiyabanında, Zeynalova Təranə (Əsmayə) Davud qızının meyit qalıqları isə Bərdə şəhəri, Şəhidlər xiyabanında dəfn olunacaq.

 


Xəbər xətti