Ötən gündən "Bakıkart" mobil tətbiqinində problemlərlə bağlı məlumat vermişdik. Belə ki, istifadəçilər mobil tətbiq xidmətinin açılmadığını bildirirdilər.
Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, təkcə Bakıkart mobil tətbiqi deyil, həmçinin www.bakikart.az saytı da işləmir. Mobil tətbiqin və saytın işləməməsinin səbəbi texniki problemlərlə əlaqələndirilir. Problemin yaxın zamanda həll ediləcəyi gözlənilir.
Xatırladaq ki, Bakıkart mobil tətbiqi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “BakıKart” plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün 2023-cü il iyul ayından tətbiqi istifadəyə verilib. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartlarının balansını artıra və gedişhaqqını ödəyə bilərlər.
İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər.
Tətbiq istifadəçilərə bir neçə QR bilet yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir.
Qeyd edək ki, təkcə Bakı meropolitenində 2024-cü ilin iyul ayı ərzində QR bilet istifadəçilərinin sayı 1 milyon 260 min 699 sərnişin olub.