Qanı təmizləyən ən təsirli qida! Pis xolesterini yox edir...

06:39 - 1 Avqust 2024 - DİGƏR

Süfrələrin məşhur dadı olan semizotun bilinməyən faydaları üzə çıxıb. Tərkibindəki C vitamini və digər antioksidanlar sayəsində bədəndə kollagen istehsalını artıran bu qida tam şəfa mənbəyidir. 

Ucnoqta.az xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, semizotu müntəzəm istehlak edildikdə xolesterin səviyyəsini tənzimləyir. Superfood semizotu sağlamlığa faydaları...

Böyük Menderes deltasında bitən hər bitkinin maraqlı faydalarını təsbit edən mütəxəssislər, semizotun başda ürək və dəri sağlamlığı olmaqla bir çox faydası olduğunu qeyd ediblər.

Nəmli yerlərdə, xüsusən də Böyük Menderes düzündə yabanı bitən semizotu kənd təsərrüfatı mübarizəsi çərçivəsində ümumiyyətlə məhv edilir.
Semizotu tərkibindəki C vitamini və digər antioksidanlar sayəsində kollagen istehsalını artıraraq dəri sağlamlığını yaxşılaşdırır və qocalma əlamətlərini azaldır. Buna görə də, semizotu istehlakı dərinin gənc və sağlam olmasına kömək edir.

Zəngin omeqa-3 yağ turşusu tərkibi ilə də ürək sağlamlığı üçün faydalarını ortaya qoyur. Omeqa-3 yağ turşuları ürək-damar sağlamlığını qoruyur, infarkt və insult riskini azaldır.
Semizotu xüsusilə alfa-linolenik turşusu (ALA) ilə zəngindir və bu qiymətli yağ turşusunu bitki mənbələrindən təmin edən nadir bitkilərdən biridir.
Araşdırmalar göstərir ki, semizotu müntəzəm istehlakı pis xolesterinin (LDL) səviyyəsini aşağı salır və yaxşı xolesterinin (HDL) səviyyəsini artırır.

O, həmçinin qan təmizləmə və detoksifikasiya xüsusiyyətlərinə malikdir. Tərkibindəki flavonoidlər və fenolik birləşmələr orqanizmdən toksinlərin atılmasını sürətləndirir, qaraciyərin sağlamlığını dəstəkləyir və ümumi bədən funksiyalarını yaxşılaşdırır.

Semizotu həm də sidikqovucu xüsusiyyəti sayəsində böyrək sağlamlığını qoruyur və bədəndən artıq suyun çıxarılmasına kömək edir” deyən belə əhəmiyyətli bir bitkinin əkinçilik mübarizəsi nəticəsində məhv olmaqdan xilas edilməsi və istifadə edilməsi üçün təşəbbüs göstərəcəklərini bildirib.

Xəbər xətti