"Kim qızıma desə ki, ..." - Kadırovdan sərt açıqlama

22:43 - 31 İyul 2024 - Xəbər

"Onların [turistlərin] geyim tərzi bizi narahat etmir, biz geyim tərzimizə əhəmiyyət veririk. Biz insanları hicab bağlamağa çağırırıq, cəzalandırmırıq, əksinə təşviq edirik".

Ucnoqta.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov danışıb. Kadırov bildirib ki, hicab taxmayın deyənlər isə İslamın düşmənləridir: 

"Biz üzü örtən burkaya qarşıyıq. Biz bunun əleyhinəyik. Kim qızıma desə ki, hicabını çıxar, onu dərhal öldürərəm. Kimdirsə, dərhal güllələyəcəm. Bu düşməndir, mənim şəxsi düşmənimdir, İslamın düşmənidir. Prezident bizə sülh şəraitində, dostluq şəraitində yaşamaq imkanı verdi. Rus, çeçen, xristian, buddist - birlikdə ölkəmizi müdafiə edirlər. Vətən üçün heç nə etməyən tənbəl isə yaylıq dalınca qaçır. Biz bunun əleyhinəyik. Biz bu şeytanlara qarşı duracağıqÜ.

Xəbər xətti