Almaniya, İspaniya və Fransa HHQ-ləri Yaponiyada təlimlər keçirir

08:12 - 19 İyul 2024 - DÜNYA

Almaniya, İspaniya və Fransa Hərbi Hava Qüvvələrinin birləşmiş qrupu Yaponiya Hərbi Hava Qüvvələri ilə təlimlərə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nikkei qəzeti yazıb. Məlumata görə, təlimlər Citose və Hyakuri bazası ərazisində həyata keçirilir.

Təlimlərdə Almaniya və İspaniya Hərbi Hava Qüvvələrinə məxsus 12 “Eurofighter Typhoon” qırıcısı, eləcə də Fransa Hərbi Hava Qüvvələrinə məxsus 4 “Rafale” döyüş təyyarəsi iştirak edir.
Yaponiya altı F-15 və F-2 döyüş təyyarəsi ilə təmsil olunur. Qeyd olunur ki, belə təlimlər ilk dəfədir keçirilir.

Almaniya, İspaniya və Fransa Hərbi Hava Qüvvələrinə məxsus bu təyyarələr daha əvvəl Alyaska bölgəsində Amerika təyyarələri ilə təlim keçirib.
Yaponiyadan sonra onların Havay adalarında təlimlərdə iştirak etmələri, daha sonra Avstraliya və Yeni Zelandiya zonasına keçmələri gözlənilir.

Xəbər xətti