Lənkərançaydan 48 yaşlı kişi meyiti tapılıb

19:38 - 18 İyul 2024 - HADİSƏ

Lənkərançaydan 48 yaşlı kişi meyiti tapılıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 16 iyul 2024-cü il tarixində Lənkərançay çayında batan 1976-cı il təvəllüdlü Panayev Elşad Xanhəsən oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti