Ucarda lotereya biletləri oğurlayan şəxs həbs olundu

17:50 - 8 İyul 2024 - ÖLKƏ İÇİ

Ucarda lotereya oğrusu tutulub. 

Ucnoqta.az xəbər verir ki, hadisə Ucar şəhərinin ərazisində yerləşən ticarət mərkəzində qeydə alınıb. 

Hadisəni törətmiş, əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Əli Salmanov polis əməkdaşları tərəfindən tutulub. 

Onun yaşadığı evə baxış zamanı marixuana da aşkarlanıb götürülüb. 

Ə.Salmanov "cekpot" udmaq üçün lotereya oğurladığını deyib. 

Xəbər xətti