Rusiyalı iş adamı "Monako"nu ərəblərə satır

17:33 - 24 İyun 2024 - İDMAN

 “Monako” futbol klubu Səudiyyə Ərəbistanının iş adamlarına satıla bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" qəzeti məlumat yayıb.

Məlumata görə, “Monako”nun sahibi, rusiyalı iş adamı Dmitri Rıbolovlev klubu satmağa hazırdır və artıq bir neçə təklif var.

Bildirilir ki, alqı-satqı ilə bağlı uğurlu danışıqlarla səudiyyəlilər Paris klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədə olan Fransa PSJ-nin hazırkı idman direktoru Luis Kampuşu klubun prezidenti təyin etmək niyyətindədir.

Fransa çempionatının son mövsümündə “Monako” PSJ-dən 9 xal geri qalaraq turnir cədvəlində ikinci yeri tutub. Klubda rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovin çıxış edir.

Xəbər xətti