Polşa vizaların verilməsini kəskin şəkildə azaltdı

14:05 - 24 İyun 2024 - DÜNYA

Polşa hakimiyyəti 2024-cü ildə əcnəbilərə vizaların verilməsini 2023-cü illə müqayisədə xeyli azaldıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sorğusu əsasında hazırladığı statistik məlumatlara istinadən “Rzeczpospolita” qəzeti yazıb.

Bu məlumatlara görə, Polşa 2024-cü ilin əvvəlindən əsasən Belarus, Ukrayna və Gürcüstan vətəndaşlarına 98 mindən bir qədər çox iş vizası verib, 2023-cü ildə isə belə vizalar 248 min nəfərə verilib.

Nəşr qeyd edir ki, Varşava humanitar vizaların verilməsini praktiki olaraq dayandırıb: ilin əvvəlindən cəmi 542 belə viza verilib, ötən il isə Polşa hakimiyyəti 4,5 mindən çox humanitar vizanın verilməsini təsdiqləyib.
Bundan əlavə, Polşa Xarici İşlər Nazirliyi iyunun 1-dən ölkədə üç aydan çox qalmağa imkan verən D kateqoriyalı viza üçün viza rüsumunu 135 avroya qədər artırmaq qərarına gəlib.
Bu, Şengen vizaları üçün standart rüsumdan 45 avro çoxdur.

Xəbər xətti